Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

"Vəkil günü" münasibətilə Fəxri Xiyaban ziyarət olunmuş və hüquqi yardım aksiyası keçirilmişdir

28 dekabr 2019    5666 share share

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri adından bununla bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu da göndərilmişdir.

Bu əlamətdar günün qeyd edilməsi ilə bağlı, bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyasının, o cümlədən, Vəkillər Kollegiyasının 500-dən çox üzvü Fəxri Xiyabanı ziyarət etmiş, Ümumilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, xatirəsi dərin ehtiramla yad edilmişdir. 

Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən Vəkillər Kollegiyasının üzvləri ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar. 

Qeyd olunmalıdır ki, “Vəkil günü” peşə bayramı çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilmişdir. Bundan başqa, Vəkillər Kollegiyasının bir qrup üzvü tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə qadın məhkumların yerləşdiyi cəzaçəkmə müəssisələrinə və yetnkinlik yaşına çatmayanların saxlanıldığı tərbiyə müəssisəsinə səfər edilmiş, həmin müəssisələrdə cəza çəkən şəxslər ödənişsiz hüquqi yardımla təmin olunmuşlar.