Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DÖVLƏT HESABINA HÜQUQİ YARDIM İŞİNİN TƏŞKİLİ İLƏ BAĞLI VƏKİLLƏRLƏ SİLSİLƏ GÖRÜŞLƏR KEÇİRİLİR

13 yanvar 2020    2398 share share

Bakı şəhərində fəaliyyət göstərən və dövlət hesabına hüquqi yardımı həyata keçirmək üçün müraciət etmiş vəkillər və büro rəhbərləri ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzində 8-10 yanvar 2019-cu il tarixlərdə görüşlər keçirilmişdir.

Çoxsaylı vəkillərin iştirakı ilə keçirilmiş görüşlər zamanı vəkillər Hüquqi Yardım və Tədris Mərkəzin iş şəraiti,  fəaliyyəti ilə yaxından tanış olmuş və dövlət hesabına həyata keçirilən hüquqi yardımla bağlı bir çox məsələlərlə əlaqədar olaraq müzakirələr aparılmışdır. O cümlədən, görüş zamanı Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri, Vəkillərin İnitizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən Rəyasət Heyəti tərəfindən qəbul edilmiş “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” təlimat və “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi haqqında“ Qaydalarla edilmiş dəyişikliklər barədə geniş məlumat verilmiş, bununla əlaqədar fikir mübadiləsi aparılaraq vəkillərin fikir və təklifləri dinlənilmişdir. Qeyd olunmalıdır ki, analoji görüşlər növbəti həftələrdə davam etdiriləckdir.

Görüşdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyev, Hüquqi Yardım və Tədris Mərkəzin əməkdaşları Gülşən Salmanova, Bəylər Məmişov və Ələsgər Hüseynli də iştirak etmişlər.