Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 18 yanvar 2020-cu il tarixdə Bakı şəhəri 8 və 10 saylı Vəkil Bürosu tərəfindən Lerik rayon Mədəniyyət Mərkəzində, saat 10:00-13:00-da Lerik və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstəriləcəkdir.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçirilməsi nəzərdə tutulur.