Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

DÜNYA BANKININ MİSSİYASI VƏKİLLƏR KOLLEGİYASINDA OLMUŞDUR

27 yanvar 2020    1562 share share

Bu gün Dünya Bankının ölkəmizdə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi” üzrə missiyası Vəkillər Kollegiyasında olmuşdur. Dünya Bankının mütəxəssisləri xanım Eva Melisin rəhbərlik etdiyi missiyanın əsas məqsədi həyata keçirilən layihənin icrası üzrə əldə olunan irəliləyişlərin nəzərdən keçirilməsi və qeyd olunan layihəyə əlavə maliyyələşdirmənin hazırlanması işlərinə başlanılmasından ibarətdir.

Qonaqları salamlayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi”nin ölkəmizdə vəkilliyin inkişafına dəstək verilməsində rolunu vurğulayaraq Layihə çərçivəsində gələcəkdə vəkillərin “Elektron-məhkəmə sistemi” üzrə davamlı tədrisi, habelə vəkillərin işlərinin idarə olunması üzrə “Elektron-vəkil” proqram təminatının yaradılmasının zəruriliyini bildirmişdir. Daha sonra Pərviz Ələkbərov son illər ərzində ölkəmizdə vəkillərin sayının artırılması, vəkillərin regionlarda fəaliyyətə təşviq edilməsi, vəkil qurumlarının müasir standartlara uyğun olaraq təşkili sahəsində görülmüş işlər barəsində məlumat vermişdir.