Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti, vəkilliyə qəbul üzrə 31 yanvar 2020-ci il tarixdə keçirilmiş yazılı test imtahanının nəticələri, o cümlədən ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı barədə məlumat vermişdir.
İclasda Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkil qurumlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı" fəaliyyəti üzrə nümunəvi daxili nəzarət sisteminin layihəsi müzakirə edilərək qəbul edilmişdir.
Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlüyünə qəbul, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, eyni zamanda, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu və "AAA" Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətlərə baxılaraq müsbət qərar verilmişdir.
İclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.