Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi” mövzusunda təlim

07 fevral 2020    1873 share share

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramının 2020-ci il fəaliyyət planında Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün silsilə seminarların keçirilməsi nəzərdə tutulur. 

Bunu nəzərə alaraq, 21.02.2020-ci il və 28.02.2020-ci il tarixdə “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi” mövzusunda növbəti seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, seminarlarda ekspert qismində Azərbaycan Respublikası Milli Məclis Aparatının “İnzibati və hərbi qanunvericilik” şöbəsinin müdir müavini cənab Səyyad Kərimovun cəlb olunması nəzərdə tutulur.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu (təlimin adı qeyd olunmaqla) Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına (orkhan.babayev@barassociation.az) göndərə bilərlər.

Qeyd: Seminarların keçiriləcəyi yerlə bağlı əlavə məlumat veriləcəkdir. Seminara seçilməsi barədə tərəfimizdən cavab göndərilməyən vəkillərin seminarda iştirak üçün seçilmədikləri nəzərə alınmalıdır. Həmin şəxslərə gələcəkdə keçiriləcək seminarlarda iştirak üzrə seçim aparılarkən üstünlük veriləcəkdir.