Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: VƏKİLLƏR KOLLEGİYASI VƏ STOKHOLM TİCARƏT PALATASI “BEYNƏLXALQ ARBİTRAJ” ÜZRƏ BİRGƏ SEMİNAR KEÇİRƏCƏKDİR

10 fevral 2020    2181 share share

04.03.2020-ci il tarixdə İsveçin Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Stokholm Ticarət Palatası və İsveçin Mannheimer Svarlinq hüquq şirkəti vəkillər üçün yarım günlük (saat 13:30-17:00) birgə seminar təşkil etməyi planlaşdırır.

Seminar arbitraj istifadəçiləri üçün sadələşdirilmiş prosedur mexanizmlərə, həmçinin Azərbaycanda arbitraj hüququ və praktikasının cari vəziyyətinin müzakirəsinə həsr olunacaqdır. Tədbirdə həm İsveçdən, həm də Azərbaycandan tanınmış vəkil və hüquqşünaslar iştirak edəcəklər, orada beynəlxalq arbitrajın səmərəliliyinin artırılmasında milli qanunvericiliyin xüsusi rolu və beynəlxalq arbitrajda vəsaitlərə qənaət mövuzusunda təqdimatlar ediləcəkdir.

Tədbirin açılışında İsveçin Azərbaycandakı səfiri və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri də iştirak edəcəkdir.

Məruzəçilər qismində yerli və beynəlxalq ekspertlər iştirak edəcəklər.

Tədbir: Nobel prospekti 57/2, "Villa Petrolea"da təşkil olunacaqdır.

Tədbirin dili: İngilis dili, Azərbaycan dilində tərcümə təmin olunacaqdır.

İştirakla bağlı müraciət orkhan.babayev@barassociation.az üvanına göndərilməsi xahiş olunur.

Yerlər məhdud olduğundan müraciət edən ilk 25 vəkil iştirak üçün seçiləcəkdir.