Henri Reznik: Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin qərarı vəkillik haqqında qanunun və vəkillərin davranış qaydalarının ümumi müddəalarının qurumdaxili sənəd kimi tam konstitusiyaya uyğunluğunu təsdiqlədi.
DƏRC EDİLİB: Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 30 yanvar 2020- ci il tarixli, 34 №-li qərarı – vəkil statusundan məhrum edilmiş Vitali Burkin və Yuri Filippin şikayəti ilə bağlı (Bundan sonra – 34 №-li qərar). Rusiya Federasiyası Konstitusiya Məhkəməsi “Rusiya Federasiyasında vəkillik fəaliyyəti və vəkillik haqqında” Federativ qanununun müddəalarının “Vəkillərin davranış qaydaları” və “"İnternet" informasiya-telekommunikasiya şəbəkəsində vəkillərin davranış qaydaları” ilə qarşılıqlı əlaqədə V.A. Burkin və Y.İ. Filippin konstitusiya hüquqlarını pozması ilə bağlı şikayətinə baxmaqdan imtina edib. Rusiya Federasiyası Vəkillər Federal Palatasının vitse-prezidenti, Rusiya Federasiyası Vəkillər Federal Palatasının vəkillərin hüquqlarının müdafiəsi üzrə Komissiya Şurasının sədri Henri Reznik qeyd edib ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 34 №-li qərarında əks olunmuş mövqeyi başqa cür ola bilməzdi.
V.A. Burkin və Y.İ. Filipp “Rusiya Federasiyasında vəkillik fəaliyyəti və vəkillik haqqında” 31 may 2002-ci il tarixli, 63№-li Federal qanunun bu müddəalarının konstitusiya normalarına uyğunluğunu mübahisələndiriblər: Maddə 17.2; maddə 31.3.9; maddə 31.7/2-ci abzas; maddə 33.3; maddə 33.7. V.A. Burkin həmçinin bu qanunun 7.1.4; 36.2.2; 36.2.2.1; 37.3- cü maddələrinin vəkilin peşəsinə xas olan şərəf və ləyaqətini bütün hallarda qoruyub saxlamağı (maddə 4.1), peşə fəaliyyətini həyata keçirərkən hüquqi yardım göstərilməsinə görə ona müraciət etmiş şəxslərin, etibar edənlərin, həmkarlarının və digər şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmət etməyi, işgüzar ünsiyyətə uyğun olan davranış və geyim tərzinə riayət etməyi tələb edən (maddə 8.2) “Vəkillərin davranış qaydaları” və həmçinin vəkilin fəal vətəndaş mövqeyini göstərməsini vəkillərin peşə davranış prinsiplərinə, xüsusilə hörmət, məsuliyyət və vəkilin İnternet şəbəkəsindəki paylaşımların doğruluğu prinsipinə (maddə 1.2; 2.3.2 və 2.3.3) ciddi riayət etməsi ilə həyata keçirilməsini nəzərdə tutan “"İnternet" informasiya telekommunikasiya şəbəkəsində vəkillərin davranış qaydaları”- nın müddəaları ilə (Rusiya Federasiyası Vəkillər Federal Palatasının 28 sentyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmişdir) qarşılıqlı münasibətdə konstitusiya normalarına uyğunluğunu mübahisələndirib.
Müvafiq vəkil palatalarının ixtisas komissiyalarının rəylərinə əsasən Rusiya Federasiyası subyektlərinin Vəkil Palatası Şuraları tərəfindən V.A. Burkin və Y.İ. Filipp barəsində “Vəkil vəaliyyəti haqqında” qanunvericiliyin və Vəkillərin davranış qaydaları”-nı pozulmasına görə vəkil fəaliyyətinin dayandırılması ilə bağlı qərar çıxarıldı.
Məsələnin tarixçəsi
Xatırladaq ki, Vitali Burkinə münasibətdə intizam icraatının başlanması üçün əsas Başqırdıstan Respublikası (BR) Ali məhkəməsinin sədri Mixail Tarasenko tərəfindən Regional Vəkil Palatasına yönləndirilmiş müraciəti ilə bağlı BR Vəkil Palatasının vitse prezidenti Viktor Maltsevin təqdimatı olmuşdur. O, bildirib ki, vəkil sosial şəbəkələrdə dərc etdiyi paylaşımların böyük hissəsini kəskin mənfi xarakterli iddialara və məhkəmə sisteminin tənqidinə həsr edir, Başqırdıstan Respublikası Ali Məhkəməsi rəhbərliyinin ünvanına yanlış və təhqiramiz fikirlər səsləndirilməsinə yol verir.
Başqırdıstantan Respublikası (BR) Vəkil Palatasının saytında yerləşdirilmiş BR Vəkil Palatası Şurasının Ufa şəhər Vəkillər Kollegiyasının vəkili Vitali Burkinin vəkil statusundan məhrum edilməsi barədə qərarını izah edən məlumat məktubunda göstərilmişdir ki, o, vəkillərlə məhkəmə arasında münasibətlərin mahiyyətini, ədalət mühakiməsinin həyata keçirilməsində vəkilliyin rolunu təhrif etmiş, vəkil özünüidarəetmə orqanı kimi BR Vəkil Palatası Şurasına nümayişkaranə hörmətsizlik göstərərək vəkillərin istər dövlət və cəmiyyət nümayəndələri ilə, istərsə də öz aralarında münasibətlərini tənzimləyən baza etik normalara məhəl qoymamışdır.
Yuri Filippə Nenets Muxtar Rayon (NMR) Vəkil Palatası Şurasının qərarı ilə vəkillik fəaliyyətinə xitam verildi. İxtisas komissiyasının rəyinə və NMR Vəkil Palatası Şurasının qərarına əsasən o, vəkil fəaliyyəti haqqında qanunvericilik, vəkillərin davranış Qaydaları və Vəkil Palatası orqanlarının qərarlarını pozmuşdur. Yuri Filipp müvafiq səlahiyyətləri olmadan və Vəkil Palatası prezidentinin tələblərinə məhəl qoymadan Palatanın aktlarını pozaraq, vəkillər arasında cinayət mühakimə icraatında təyinatı üzrə müdafiəçi qismində və mülki məhkəmə icraatında təyinatı üzrə nümayəndə qismində iştirak etmək üçün ibtidai araşdırma orqanlarına və məhkəmələrə vəkillərin ayrılmasını həyata keçirmiş, nəticədə ibtidai araşdırma orqanlarının və məhkəmələrin işi çətinləşmişdir.
İxtisas komissiyalarının rəyləri və Vəkillik Palataları Şuralarının qərarları ilə razılaşmayan Vitali Burkin və Yuri Filippski ümumi yurisdiksiya məhkəmələrinə iddia ilə müraciət edərək bu aktların qanunsuz hesab edilməsini, vəkil fəaliyyətinin bərpa edilməsi və müvaq regional vəkillik palatalarına üzvlüyün bərpa olunmasını tələb ediblər.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişiklik edilmədən məhkəmənin qərarı ilə V. A. Burkinin iddia tələblərinin təmin edilməsindən imtina edildi. Məhkəmələr V. A. Burkinin "İnternet" informasiya-kommunikasiya şəbəkəsində yerləşdirdiyi və onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas olmuş paylaşımını araşdıraraq bu nəticəyə gəliblər ki, onun istifadə etdiyi ifadələr “İnternet” şəbəkəsində vəkillərin fəaliyyətinin əsas prinsipləri kimi müəyyən edilən peşəkarlıq, ləyaqət, təmkinlilik və dürüstlük tələblərinə uyğun deyil və onun tərəfindən işlədilən ifadələr neqativ xarakter daşıyır, məhkəmə orqanlarına qarşı ictimai hörmətsizlik ifadə edir, vəkillərin davranış Qaydalarının 2-ci maddəsinin 8-ci bəndinə əsasən müəyyən edilmiş işgüzar ünsiyyət formasına və məzmununa uyğun gəlmir.
Yuri Filippin də iddia ərizələrinin təmin olunmasından imtina edildi. Məhkəmələr təqdim edilmiş sübutları qiymətləndirərək bu nəticəyə gəldilər ki, onlar İxtisas Komissiyasının rəyində və NMR Vəkil Palatası Şurasının qərarında əks olunmuş faktları təsdiqləyirlər.
V.A. Burkin və Y.İ. Filippin kassasiya məhkəmələrinin iclasında baxılması üçün təqdim edilmiş kassasiya şikayətlərinə də baxılmaqdan imtina edildi
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin mövqeyi
Vitali Burkina və Yuri Filippinin şikayət materiallarını araşdırdıqdan sonra, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi onu təmin etməkdən imtina etdi.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qeyd etdi ki, "Rusiya Federasiyasında vəkillik fəaliyyəti və vəkillik haqqında" federal qanunun 17.2, 31.3.9, 31.7/2-ci abzas, 33.3, 33.7 maddələri ilə əlaqədər vəkillərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətləri nəzərdən keçirmək səlahiyyətinə malik olan orqan Rusiya Federasiyası subyektlərinin Vəkil Palatasının nəzdindəki İxtisas Komissiyasıdır, hansı ki, vəkilin davranış qaydalarının pozuntularının olması və ya olmaması, vəkilin vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi barədə səlahiyyətləri aiddir; Vəkil Palatasının prezidenti yol verilən əsas olduqda intizam icraatını qaldırır, Vəkillər Palatasının Şurası isə ixtisas komissiyasının müvafiq rəyi nəzərə alınmaqla vəkillərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə baxır.
«Vəkilin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarını, səbəblərini və qaydasını müəyyən edən və vəkil cəmiyyəti, həmçinin Vəkil Palatası prezidentinin səlahiyyətlərini müəyyən edən belə tənzimləmə vəkilliyin xüsusi ictimai-hüquqi statusuna (Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin 23 dekabr 1999-cu il tarixli 18 №-li və 18 iyul 2019 - cu il tarixli 29 №-li qərarları) və vətəndaş cəmiyyətinin bu institutunun fəaliyyət prinsiplərinə - qanunçuluq, müstəqillik, özünüidarəetmə, korporativlik və vəkillərin bərabər hüquqlu olmasına əsaslanır. ("Rusiya Federasiyasında vəkillik fəaliyyəti və vəkillik haqqında" Federal qanununun 3.1 və 3.2-ci maddəsi). Bundan əlavə, Vəkillər Palatasının orqanlarının qərarlarının, o cümlədən vəkillərin intizam məsuliyyətinə dair qərarların qanuniliyinin yoxlanılması məhkəmə nəzarəti sahəsinə daxil olduğuna görə mübahisələndirilən hüquq normaları iddiaçıların göstərdiyi aspektdə konstitusiya hüquq normalarının pozuntusu kimi baxıla bilməz » – deyə 34 №-li qərarda deyilir.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi həmçinin qeyd edir ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi Vəkil palatalarının (onların orqanlarının) nəzarət və idarəetmə səlahiyyətlərinə, o cümlədən vəkillər üçün vəkillik fəaliyyətinin ayrı-ayrı məsələləri üzrə məcburi qərarlar qəbul etmək səlahiyyətlərinə malik olduğunu dəfələrlə qeyd edib, ictimai hakimiyyət orqanları sisteminə daxil olmayan və onlardan asılı olmayaraq fəaliyyət göstərən peşəkar vəkil birlikləri daxil olmaqla bu cür qeyri-kommersiya təşkilatlarının xüsusi ictimai-hüquqi statusu ilə razılaşır (19 may 1998-ci il tarixli 15№ qərar, 1999-cu il 23 dekabr tarixl, 18 №-li qərar , 19 dekabr 2005 - ci il tarixli, 12№-li qərar və 18 iyul 2019-cu il tarixli 29 №-li qərar).
"Deməli, bu cür tənzimləmə qanunvericilik tərəfindən tənzimləmədən kənara çıxmır, sadalanan normalar isə öz-özlüyündə iddiaçının konstitusiya hüquqlarını pozan qaydalar kimi qəbul edilə bilməz. Vəkillərin ictimaiyyətdə, o cümlədən "internet" informasiya-telekommunikasiya şəbəkəsində dövlət orqanlarının və vəzifəli şəxslərin, o cümlədən hakimlərin fəaliyyətinə dair fikirlərinə, mülahizələrinə və şərhlərinə xüsusi etik peşəkar tələblərin irəli sürülməsi vəkilin vəzifə və funksiyalarının ictimai-hüquqi əhəmiyyət kəsb etməsi ilə şərtlənir. Belə ki, onlar, hüquqi məsələlər üzrə müstəqil peşəkar müşavir kimi dövlət, ilk növbədə məhkəmə, hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır və vətəndaşların məhkəmə hakimiyyətinə etimadını qorumağa çalışmalıdır və Rusiya Federasiyası Konstitusiyasının 29 – cu maddəsi və söz azadlığının həyata keçirilməsinin hüdudlarını müəyyən edən əsas azadlıqlar barədə Konvensiyanın 10-cu maddəsindəki təlimatlarla uyğunlaşırlar", - deyə RF KM-nin rəyini bildirir.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi həmçinin müəyyən edib ki, vəkil V. A. Burkin tərəfindən "İnternet" informasiya-kommunikasiya şəbəkəsində məhkəmə sistemi haqqında tənqidi şərh formasında fikir bildirərkən söz azadlığı hüququnun yol verilən hədlərinin gözlənilməsi, hüquq-mühafizə orqanları tərəfindən iddiaçının iş üçün əhəmiyyətli olan bütün hallarının araşdırılması, məhkəmələrin müəyyən edilmiş hallarla bağlı lazımi qiymət verib-verməməsi, habelə iddiaçının vəkil statusuna xitam verilməsi formasında intizam məsuliyyətinin tətbiqinin adekvatlığı faktiki halların müəyyən edilməsi və tədqiqi, hüquq qərarlarının qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi ilə bağlıdır və Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin səlahiyyətləriinə daxil deyil. Həmçinin V.A.Burkin tərəfindən mübahisələndirilən korporativdaxili hüquqi aktlar olan “"İnternet" informasiya-telekommunikasiya şəbəkəsində vəkillərin peşə etikası” və “Vəkillərin davranış qaydaları” müddəaları Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilmir.
Vəkilliyin mövqeyi
Rusiya Federasiyası Vəkillər Federal Palatasının vitse-prezidenti, Rusiya Federasiyası Vəkillər Federal Palatasının vəkillərin hüquqlarının müdafiəsi üzrə Komissiya Şurasının sədri, Moskva ş. Vəkillər Palatasının ilk vitse prezidenti Henri Reznik qeyd edib ki, 34 №-li qərarda əks olunan Rusiya Konstitusiya Məhkəməsinin mövqeyi başqa cür ola bilməzdi. Rusiya Federasiyasının Konstitusiya məhkəməsi təsdiq etdi ki, vəkillik ictimai-hüquqi funksiyaları yerinə yetirən müstəqil qeyri-hökumət təşkilatdır. Henri Reznikin fikrincə «iddiaçılar ən başlıcası Vəkilin davranış qaydaları olmaqla cəmiyyətin korporativdaxili normativ aktların qəbul edilməsi yolu ilə, öz həyatının daxili məsələlərini həll etmək hüququnu mübahisələndirərək, vəkilin müstəqillik prinsipini əsas tutublar. «Etika vəkillik peşəsinin özəyidir. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin xatırlatdığı vəkilliyin bu müstəqilliyi Rusiya Federasiyasının Konstitusiyasının 15-ci maddəsində göstərilən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və normaları Rusiya hüquq sisteminin tərkib hissəsidir kimi təsbit olunmuşdur. Vəkillik institutunun müstəqilliyi - artıq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipidir» – deyə Rusiya Federasiyası Federal Vəkil Palatası vitse prezidenti bildirib.
Henri Reznik Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinin intizam sanksiyalarına məruz qalan vəkillərin hüquqlarının təminatını qeyd etməsinin vacibliyini diqqətə çatdırdı. Təminatlar ondan ibarətdir ki, vəkil özünüidarə orqanlarının bütün qərarları məhkəmə nəzarətinə tabedir. «Bu halda konkret məhkəmə qərarlarından narazı olan iddiaçılar Konstitusiya Məhkəməsinə faktlarla bağlı mübahisəni tamamilə əsassız olaraq keçiriblər - deyə o bildirib - Aydındır ki, Konstitusiya Məhkəməsi başqa cür reaksiya verə bilməzdi və qeyd etdi ki, bu cür əvəzolunma tamamilə yolverilməzdir və ixtisas komissiyaları və məhkəmələr tərəfindən müəyyən şəkildə qiymətləndirilmiş konkret faktlar Konstitusiya Məhkəməsinin baxılması predmeti ola bilməz.»
Bundan başqa, Henri Reznik qeyd edib ki, müstəqil vətəndaş cəmiyyəti institutu kimi vəkillik statusu şübhə altına alına bilməz. «Ərizəçilərin iddiaları - vəkil özünüidarəetmə orqanları tərəfindən daxili məsələlərin həllini tam dövlət nəzarəti ilə əvəz etmək cəhdidir. Mənim fikrimcə, yalnız vəkillikdən özgə peşələri olan şəxslər məsələni belə qoya bilərlər. Bununla yanaşı, mən vəkillər və onların palatalarının vəkil orqanları arasında olan mübahisələrə heç bir qiymət vermirəm. Lakin fikir ayrılığından faktiki olaraq vəkilliyin mövcudluğunun əsaslarını şübhə altına almaq üçün istifadə etməyi, güman edirəm ki, yalnız bu prinsiplərdən uzaq olan insanlar ola bilər», – deyə o hesab edir.
Rusiya Federasiyası Federal Vəkil Palatası vitse-prezidentinin fikrincə, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin 34 №-li qərarı "Rusiya Federasiyasında vəkillik fəaliyyəti və vəkillik haqqında" Federal Qanunun və vəkillərin Ümumrusiya Vəkil Konqresi tərəfindən korporativdaxili akt kimi qəbul edilmiş Vəkillərin davranış qaydalarının əsas müddəalarının tam Konstitusiyaya uyğunluğunu təsdiqlədi. "Belə çıxır ki, dövlət vəkillərin müstəqilliyini tanıyır, amma vəkil statusu alan şəxslər bu prinsiplərin xitamını istəyirlər. Bu, kədərlidir", – deyə Henri Reznik bildirdi.
Mənbə: fparf.ru