Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Xaçmaz və ətraf rayonların əhalisinin diqqətinə: Pulsuz hüquqi yardım

25 fevral 2020    1260 share share

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.

Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 29 fevral 2020-ci il tarixdə "Femida" Vəkil Bürosu tərəfindən Xaçmaz rayonunda yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.

Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.