Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏRİN ÖLKƏ ƏRAZİSİNDƏ HƏRƏKƏTİ İLƏ BAĞLI MƏSƏLƏ ÖZ HƏLLİNİ TAPMIŞDIR

02 aprel 2020    3498 share share

Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 30 mart 2020-ci il tarixli koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul olunmuşdur.

Qərarda insanların evlərindən hansı hallarda və vaxtlarda çıxa bilmələri, bir sıra iş və xidmət sahələrində işlərin dayandırılması, bəzi publik və sosial istiqamətlər üzrə fəaliyyətlərin davam etdirilməsinə icazələrin verilməsi, habelə digər məsələlələr öz əksini tapmışdır. Qərarda eyni zamanda müəyyən sahələr üzrə hərəkətlərinə icazə verilmiş təşkilatların siyahısının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi qeyd olunmuşdur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ölkəmizdə insan hüquq və azadlıqlarının peşəkar müdafiəsi işinin təşkilinə cavabdeh təşkilat olması, bu istiqamətdə vəkillik fəaliyyətinin məhdudiyyətsiz həyata keçirilməsi, dolayısilə Kollegiya üzvlərinin ölkə hüdudlarında sərbəst hərəkətinin təmin edilməsi məqsədilə bu yaxınlarda Rəyasət Heyəti tərəfindən Nazirlər Kabinetinə müraciət ünvanlanmışdır. Rəyasət Heyətinin müraciətində qeyd olunmuş zərurət nəzərə alınaraq NK yanında Operativ Qərargahın bu gün qəbul etdiyi QƏRARINA (yüklə) əsasən, vəkillərin Kollegiyaya üzvlük vəsiqələri əsasında sərbəst hərəkət etmələri məsələsi öz həllini tapmışdır.

https://cabmin.gov.az/az/document/4365/

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudiyyətinin qüvvədə olmasını nəzərə alaraq bir daha,

1. Vəkillərə xidməti zərurət olmadıqca evlərini tərk etməmələrini və xüsusi ehtiyac olmadan ölkənin digər bölgələrinə səfərlər etməmələrini israrla tövsiyə edir;

2. Order markalarının əldə olunması, habelə itirilmiş və zədələnmiş vəsiqələrə görə VKRH-nin aparatının aşağıdakı nömrələri ilə əlaqə saxlanılmasının zəruri olduğunu qeyd edir:

Order markaları ilə bağlı: +994502301019
Vəsiqələr ilə bağlı: +994504422002; +994702167203

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti insanların hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillərin hərəkət sərbəstliyinin zəruriliyi ilə bağlı Rəyasət Heyətinin müraciətinə operativ və həssaslıqla yanaşdığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin timsalında Azərbaycan hökumətinə öz təşəkkürünü bildirir.