Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: XÜSUSİ KARANTİN REJİMİ GÜNLƏRİNDƏ HÜQUQİ YARDIM VƏ TƏDRİS MƏRKƏZİ ƏHALİYƏ ONLAYN HÜQUQİ YARDIM GÖSTƏRİR

06 aprel 2020    2155 share share

Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyət və bu infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23.03.2020-ci il tarixli qərarını nəzərə alaraq Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzi vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərməkdədir.

Hüquqi yardıma ehtiyacı olan şəxslər müraciətlərinin əsası, problemlərinin ümumi təsviri və əlaqə nömrələrini göstərməklə Hüquqi Yardım və Tədris Mərkəzinin legalaid.training@barassociation.az e-mail ünvanına müraciət edə bilərlər.