Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası iyun ayının 9-10-u tarixlərində keçiriləcək Vəkillər arasında Beynəlxalq Futbol Turnirində iştirak edəcəyini təsdiq edib.
Polşanın Sopot şəhərində keçiriləcək beynəlxalq futbol turnirində iştirak etmək istəyən və aşağıdakı tələblərə uyğun olduğunu hesab edən vəkil və imtahanların birinci mərhələsindən uğurla keçmiş vəkilliyə namizəd həmkarlarımız 0555507376 Whatsapp nömrəsi vasitəsilə müraciət edərək müvafiq elanları izləyə bilərlər:
1. Hal-hazırda vaxtaşırı futbol oynayan, habelə futbolçu kimi iddialı və bacarıqlı olduğunu düşünən;
2. Təxminən 600-700 ABŞ dolları məbləğində səfər xərclərini qarşılamağa hazır olan vəkil və vəkilliyə namizədlər.