Bu günlərdə “Azərbaycan vəkili” jurnalının sayca 19-cu nömrəsi nəşr olunmuşdur.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin maliyyə dəstəyi ilə işıq üzü görmüş Jurnal orada çıxan məqalələrinin aktuallığı və praktikliyi baxımından seçilməkdədir. Jurnalda nəinki vəkillərin, həmçinin vəkil olmayan gənc, habelə peşəkar hüquqşünasların maraqlı məqalələri yer almaqdadır.
Qeyd olunmalıdır ki, “Azərbaycan vəkili” jurnalı vəkillər və onunla maraqlanan digər şəxslər arasında pulsuz paylanılmaqdadır.
Jurnalın 19-cu sayında oxucular aşağıdakı məsələlər ilə bağlı biliklərini zənginləşdirmək və məlumatlanmaq imkanına sahib olacaqlar:
- Qeyri‑dövlət müstəvidə korrupsiya ilə əlaqədar aparılan araşdırmalarda sübutetmə yükü;
- Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə hüquqi istiqamətdə əsas zəruri normaların izahı;
- ƏDV tutulan əməliyyatın aparıldığı vaxtın müəyyən edilməsi qaydası;
- Spirtli içkilər və cinayət;
- Patent qanunvericiliyinin müqayisəli təhlili;
- Müdafiəçinin cinayət icraatında iştirakının başlanğıc anı barədə.
Eyni zamanda oxucular xəbərlər bölməsində son dönəmlər ölkəmizdə Azərbaycan Respublikası Vəkillərin Kollegiyasının fəaliyyəti ilə bağlı maraqlı məlumatlar əldə edəcəklər.
Jurnalın redaksiyası vəkil və hüquqşünaslara onların hüquqi yazılarını işıqlandırmağa hazır olduğunu bildirir. Maraqlı şəxslər öz yazılarını
office@barassociation.az ünvanına göndərə bilərlər.
Jurnalın elektron versiyası buradan
YÜKLƏYƏ bilərsiniz.