Ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyası və onun orqanları öz işi rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurmuşdur.
Aprelin 23-də Vəkillərin İntizam Komissiyasının video-konfrans şəklində iclası keçirilmişdir.
İclasda vəkillər barəsində daxil olmuş şikayətlər araşdırılmış, habelə şikayətçi vətəndaşlar və barəsində şikayət olunan vəkillərin bilavasitə iştirakı ilə məsələlərə baxılmış, intizam icraatı çərçivəsində Komissiyanın rəyləri qəbul olunmuşdur.
İclasın yekununda Komissiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.