Bu günlərdə ABŞ-nin Cənubi Karolina ştatında fəaliyyəti göstərən vəkil Devid Treyvikin müvafiq məhkəmənin qərarı ilə məşhur Corc Floyd işi çərçivəsində vəkillik fəaliyyəti dayandırılmışdır.
Belə ki, vəkil Treyvik polis tərəfindən boğularaq öldürülmüş Corc Floyd barəsində öz feysbuk səhifəsində aşağıdakı emosional ifadələri işlətmişdir: “Görün, bu əclafın həyatı necə dəyərli imiş: Fyuçerslərin qiyməti qalxdı. Bazar ertəsi və Çərşənbə axşamı qiymətli kağızlar bazarında qiymətlər kəllə-çarxa qalxdı. Hamınız cəhənnəm olun və məni feysbuk dostluğunuzdan çıxarın.”
Vəkilin paylaşımı birmənalı qarşılanmadığından sosial şəbəkə istifadəçiləri Treyvikin vəkillik lisenziyasından məhrum edilməsi barədə çağırış etmişdir.
Hadisədən 2 həftə keçmiş Cənubi Karolina ştatının Ali Məhkəməsi yekdil qərarla vəkilin fəaliyyətini dayandırmışdır. Məhkəmə öz qərarını vəkillərin davranış qaydlarının 17(b) bəndinə əsasən, qəbul etmişdir: “Əgər vəkilin əməlində cəmiyyətə və ya ədalət mühakiməsinin həyata keçirilməsinə ciddi zərər vurulması barədə əsaslı sübutlar varsa, onun fəaliyyəti dayandırıla bilər.”
Qeyd olunmalıdır ki, BMT-nin “Vəkillərin rolu barədə əsas prinsipləri”nin 23-cü bəndinə əsasən, “
vəkillərin digər vətəndaşlar kimi ifadə, dini etiqad, birləşmək və toplaşmaq azadlıqları var.” Məsələ ilə bağlı vəkil peşəsi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan hər hansı biri hələki rəsmi bəyanatla çıxış etməmişdir.
Mənbə: https://www.fitsnews.com/2020/06/14/south-carolina-supreme-court-suspends-attorney-who-called-george-floyd-a-shtstain/