Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİLLƏR KOLLEGİYASI AZTƏMİNATLI ŞƏXSLƏR ÜÇÜN PULSUZ HÜQUQİ YARDIM AKSİYASI KEÇİRMİŞDİR

11 avqust 2020    727 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 30 iyul 2020-ci il tarixli qərarı ilə 2020-ci il Qurban bayramı və "30 iyul - Azərbaycan vəkilliyinin təşkili" günü münasibətilə 03.08.2020-07.08.2020 tarixləri arasında Respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlər göstərilməsi üzrə aksiya keçirmişdir.

Əllidən çox vəkil qurumunun dəstək veridyi ümumrespublika aksiyası ərzindən 650-dən çox insana şifahi, yazılı hüquq məsləhətlər verilmiş, həmçinin bir sıra şəxslər üçün məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuş, onların məhkəmələrdə təmsilçiliyi üçün işlər görülmüşdür.

Bundan başqa, bir sıra vəkil qurumları tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə onlayn formada hüququ yardım xidmətləri də göstərilmişdir.

Aksiya ərzində çəkilmiş foto-şəkillər təqdim olunur.