Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

RƏYASƏT HEYƏTİNİN İCLASI: “ELEKTRON VƏKİL ORDERİ” PLATFORMASININ İSTİFADƏSİ PERSPEKTİVİ MÜZAKİRƏ OLUNMUŞDUR

19 avqust 2020    2261 share share

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov iclası giriş sözü ilə açaraq Kollegiyanın cari fəaliyyəti, habelə Avqustun 3-7 tarixləri arasında Respublika üzrə bütün vəkil qurumları tərəfindən aztəminatlı əhaliyə Qurban bayramı münasibətilə pulsuz hüquqi yardım göstərilməsi üzrə aksiya və onun nəticələri barədə məlumat vermiş, gələcəkdə vəkil cameəsi tərəfindən bu ənənənin davam etdirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.

Sonra sədr Anar Bağırov “ProBono” vəkil bürosunun vəkili Hikmət Hüseynzadə tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə bio-dezinfeksiya qurğusu hədiyyə edilməsi və onun Rəyasət Heyətinin inzibati binasının girişində insanların istifadəsinə verilməsi barədə məlumat verərək təəssübkeşliyi və fədakarlığına görə Rəyasət Heyətinin bütün üzvləri adından vəkilə öz dərin təşəkkürün bildirmiş, Hikmət Hüseynzadənin təşəbbüsünun yüksək qiymətə layiq olduğunu ifadə etmişdir.

İclasda həmçinin yaxın gələcəkdə “Elektron vəkil orderi” platformasının istifadəyə verilməsi perspektivi barədə müzakirə aparılmış və bu istiqamətdə işlərin başlanılması üzrə aidiyyəti tapşırıq verilmişdir.
Eyni zamanda iclasda bir sıra vəkillərin qurumlar üzrə yerdəyişməsi, bəzi vəkillər barəsində intizam icraatının başlanılması, habelə sağlamlıq vəziyyətinə görə üzvlük haqqından azad edilməsi məsələləri üzrə qərarlar qəbul edilmişdir.

Daha sonra intizam icraatı çərçivəsində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.