Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL OLMAQ İSTƏYƏN GƏNC HÜQUQŞÜNASLARIN VƏ HÜQUQŞÜNAS TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ

01 sentyabr 2020    1072 share share



"Sumqayıt Regional Vəkil Bürosunun Hüquqi Yardım Mərkəzi" layihəsinin icrasına başlayır. Layihənin adı: Hüquqi Yardım Mərkəzi

Layihənin məqsədi: Gənc hüquqşünaslara və hüquqşünas tələbələrə vəkillik peşə vərdişlərinin öyrədilməsi və əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərilməsi

Layihənin təsviri: Hüquqi Yardım Mərkəzi layihəsinə 5 nəfər gənc hüquqşünas və ya hüquqşünas tələbə (bundan sonra könüllü hüquqşünas) cəlb olunur. Könüllü hüquqşünasların seçimində gələcəkdə vəkil olmaq istəyənlərə üstünlük verilir. Könüllü hüquqşünaslar büronun vəkillərinin nəzarəti ilə əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım (məsləhətlərin verilməsi, ərizə, şikayətlərin hazırlanması) göstərirlər, növbəlilik qaydasında büronun vəkillərinin iştirak etdikləri məhkəmə iclaslarında iştirak edirlər.

Gələcəkdə vəkil olmağı arzulayanlar və ilkin peşə vərdişlərinə yiyələnmək, təcrübə qazanmaq istəyənlərdən öz CV-lərini 20 sentyabr 2020-ci il tarixdən gec olmayaraq region.sumgait@barassociation.az ünvanına göndərmələri və ya şəxsən büroya təqdim etmələri xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 226

Telefon: +994 18 656 22 11

E-mail: region.sumgait@barassociation.az