Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsi şərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 26 sentyabr 2020-ci il tarixində Mingəçevir şəhərində “Ödənişsiz hüquqi yardım” günü təşkil edilmişdir.
“Ödənişsiz hüquqi yardım” günündə layihə koordinatoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, prof. Mayis Əliyev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəlalə Tağıyeva tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılmış və müvafiq orqanlara yönəldilmişdir.
Əhalinin müraciətlərinə əsasən, ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı 21 nəfərə bilavasitə hüquqi yardım xidməti göstərilmişdir. Müraciətlərə müvafiq olaraq iddia ərizələri yazılmış, hüquqi məsləhətlər verilmiş və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilmişdir.