Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hərbi Vəziyyətlə əlaqədar Vəkillərin Hərəkəti barədə Məlumat

28 sentyabr 2020    1567 share share

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiq edilib.

1 nömrəli əlavənin 10-cu bəndinə əsasən, komendant saatı müddətində vəkillərin də xidməti vəsiqə ilə hərəkətinə icazə verilmişdir.

 

TAM SİYAHI (1 nömrəli əlavə):

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

8. Azərbaycan Respublikasının Baş Prokurorluğu

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər

11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)

14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Xidməti

16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.