Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Türkiyə Barolar Birliyinin MƏLUMATI

29 sentyabr 2020    1783 share share

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən etibarən davam edən növbəti hərbi təxribatın nəticəsində təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlarımız arasında ölən və yaralananlar var. Düşmənin növbəti təcavüzünün qarşısının alınması və mülki əhalimizin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücum tədbirləri həyata keçirərək, 27 ildir işğal altında olan bir sıra yaşayış məntəqələrimizi və strateji yüksəkliklərimizi azad ediblər. Döyüşlər davam edir.

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Türkiyə Barolar Birliyi olaraq, biz də Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, erməni işğalçılarına qarşı əks-hücum əməliyyatlarını tam dəstəkləyirik. Hesab edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpası üçün bütün vasitələrdən istifadə etməkdə haqlıdır və bütün dünya ictimaiyyəti də Azərbaycanın bu haqlı mövqeyini dəstəkləməlidir.

 

Birgə qəbul edilmiş qərara əsasən, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı törədilən terror əməllərinin, əhalinin kompakt olduğu məntəqələri intensiv atəşə tutmaqlarının, hərbi münaqişənin qurbanı olan - insan hüquqları pozulan soydaşlarımızın mütəmadi monitorinqi tərəfimizdən aparılacaq, hesabatlar hazırlanacaq və bütün beynəlxalq təşkilatlara, qurumlara, vəkillər kollegiyalarına – bir sözlə, bütün dünya ictimaiyyətinə çatırılacaqdır.

 

Bununla əlaqədar olaraq, mütəmadi monitorinq və hesabatların aparılması üçün tərəfimizdən yaradılacaq bu Komissisiyaya qoşulmaq, öz töhvəsini vermək istəyən bütün vəkil və hüquqşünaslarımız office@barassociation.az elektron poçtu vasitəsilə bizə müraciət edə bilərlər.