Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının BƏYANATI

03 oktyabr 2020    1002 share share

Azərbaycan Respublikasının müsəlman xalqına dəstək üçün və Ermənistan hökuməti tərəfindən Dağlıq Qarabağın işğalı ilə bağlı olaraq

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının Bəyannaməsi
 

Otuz ilə yaxındır ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmuş və bir sıra dövlətlərin dəstəyi ilə Azərbaycan Respublikasının ərazilərini işğal etmişdir. Ermənistan bu müharibə ilə Azərbaycan Respublikasının müsəlman vətəndaşlarının torpağına və həyatına təcavüz etməklə, onun ərazi bütövlüyünü və suverenliyini pozmaqla beynəlxalq cinayətlər törətmişdir. Bariz nümunə olaraq Xocalı və Kəlbəcər faciələrini göstərmək olar. Ermənistanın hələ də bu işğalçılıq siyasətini davam etdirməsinə cavab olaraq, Azərbaycan hökumətinin son əks-hücum əməliyyatları İslam torpaqlarının və müsəlman vətəndaşlarının həyatının qorunması uğrunda həyata keçirilmiş bir addımdır.


Beynəlxalq hüququn prinsiplərindən dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipi nə qədər əhəmiyyətlidirsə, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi də o qədər əhəmiyyətə malikdir. Bu baxımdan, Ermənistan ordusunun Dağlıq Qarabağda davamlı və hərbi mövcudluğu beynəlxalq hüququn prinsiplərinin, qaydalarının, BMT Təhlükəsizlik Şurasının 12 Noyabr 1993-cü il tarixli 884 saylı qətnaməsinin və bununla paralel çıxarılan digər qətnamələrin pozulmasıdır. Demokratiyanın toxumlarının sülh torpağında böyüdüyünü nəzərə alaraq, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalına son qoyulmadan Qafqazdakı sülhün bərqərar olmayacağı hər kəsə aydındır.


Buna görə də, Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası regionda davamlı sülhə hörmət göstərdiyini vurğulayaraq, hesab edir ki, Ermənistan işğal olunmuş ərazilərdən çıxmayana qədər sülhün bərqərar olması və davam etməsi mümkün deyildir. İşğalçılıq siyasətinin davam etdirilməsində maraqları olan rejimlər pislənilir. Həmçinin, Xarici İşlər Nazirliyindən, vətəndaş cəmiyyətindən və mediadan İran İslam Respublikası Konstitusiyasının müddəalarına (Maddə 152 və 153) riayət etməyi və işğala məruz qalan tərəfin siyasətini və mediasını dəstəkləməyi gözləyirik. Bundan başqa, birmənalı olaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələbləri yerinə yetirilməlidir.


Hörmətlə,

Şərqi Azərbaycan Vəkillər Kollegiyası
Keçid: http://www.eazarbar.org/news/tabid/251/vw/1/itemid/4126/