Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstəriləcəkdir.

05 oktyabr 2020    1148 share share

Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı törədilən terror əməlləri, əhalinin kompakt olduğu məntəqələrin intensiv atəşə tutulması müzakirə olunmuşdur.

 

İclasda erməni təxribatı, dinc əhaliyə qarşı törədilən terror əməlləri və aparılan hərbi əməliyyatlar zamanı zərər çəkmiş bütün şəxslərə və hərbi qulluqçulara ödənişsiz hüquq yardım göstərilməsi və bu barədə vəkil qurumlarına məlumat verilməsi qərara alınmışdır.