Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası terror qurbanlarının yanındadır.

26 oktyabr 2020    1125 share share

Dünən Vəkillər Kollegiyasının sədri Anar Bağırov və sədr müavini Pərviz Ələkbərov erməni terroruna məruz qalmış Gəncə şəhərinə səfər etmişdir.

 

Vəkillər Kollegiyasının rəhbərliyi səfər zamanı atəşə məruz qalmış binalar və digər mülki obyektlərlə yerində tanış olmuş, terror qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur.

 

Daha sonra düşmənin mənfur hücumları nəticəsində həlak olmuş və zərər çəkmiş şəxslərin ailə üzvləri ilə görüş keçirilmiş, onların ehtiyacları və cari problemləri ilə maraqlanılmışdır.

 

Kollegiya sədri Gəncə şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, o cümlədən erməni terroru nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə yaradılmış ictimai qərargahın fəaliyyəti ilə tanış olmuş, Vəkillər Kollegiyasının zərurət halında istənilən formada qərargaha dəstək göstərəcəyini bildirmişdir.

 

Səfər zamanı erməni terrorundan zərər çəkmiş şəxslərlə bağlı Gəncə şəhər Vəkil Bürosu tərəfindən müvafiq arayışların tərtib olunaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim olunması, bu arayışlar əsasında zərər çəkmiş şəxslərə Vəkillər Kollegiyası tərəfindən mümkün olan hər cür dəstəyin göstərilməsi barədə tapşırıqlar verilmişdir.