Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Qarabağ həqiqətləri ilə bağlı məlumat portalı yaradılmışdır

03 noyabr 2020    241 share share

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının yaşayış məntəqələrinə və hərbi mövqelərinə qarşı təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlamış, nəticədə işğal altında olan bir çox yaşayış məntəqələrimiz işğaldan azad edilmiş, əks-hücum əməliyyatları bu gün də davam etməkdədir.

Hərbi əməliyyatların bir aydan çox davam etdiyi müddətdə informasiya cəbhəsində də xalqımız tərəfindən erməni yalanlarının ifşa edilməsi, erməni faşizmininin və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində uğurlu mübarizə aparılmaqdadır.

Bu mübarizəyə, o cümlədən Azərbaycan Ordusu tərəfindən aparılan hərbi əməliyyatlarla bağlı təbliğat-təşviqat işinə dəstək məqsədi ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Qarabağ münaqişəsi haqqında səhih məlumatların toplandığı “Qarabağ Azərbaycandır” adlı portal istifadəyə verilmişdir. Portalda azərbaycan, rus və ingilis dillərində tarixi sənədlər, gündəlik məlumatlar, foto və video görüntülər və digər resurlar toplanmışdır.

Vətəndaşlarımız gündəlik informasiya mübarizəsində portalda yerləşdirilən məlumatlardan istifadə edə bilərlər. Portala bu keçiddən, eləcə də Vəkillər Kollegiyasının rəsmi veb saytından keçə bilərsiniz.