Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

VƏKİL KÖMƏKÇİLƏRİ ÜÇÜN ONLAYN TƏLİM BAŞLAMIŞDIR

30 noyabr 2020    2440 share share

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin təşəbbüsü və Vəkillər Kollegiyası Hüquqi Yardım və Tədris Mərkəzinin təşilatçılığı ilə ilk dəfə olaraq vəkil köməkçiləri üçün təlimə start verilmişdir. Təlimin açılışında Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri cənab Anar Bağırov təlim iştirakçılarını salamlayaraq, vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyəti barəsində çıxış edərək, savadlı vəkil köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışmış, hazırki təlimin gələcəkdə onların peşə fəaliyyəti üçün əhəmiyyətini vurğulamışdır. Təlimçilərin tərkibinin əsasən peşəkar vəkillərdən ibarət olduğunu qeyd etmişdir.

Həmçinin vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Vəkillər Kollegiyası tərəfindən «Vəkillər və vəkillik fəailiyati haqqında» Qanuna təklif edilmiş dəyişikliklərlə bağlı ümumi məlumat vermişdir. Təlim iştirakçılarına uğurlar arzulamışdır. Sonda təlimçilərə və təşkilatçılara öz minnətdarlığını bildirmişdir.

Daha sonra Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov təlim iştirakçılarını salamlayaraq, köməkçilərə təlimdə uğurlar arzulamış, vəkil etikasının vacibliyini göstərərək, təlim iştirakçılarının tərkibi barədə ümumi məlumat vermişdir. Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyəti barədə məlumat vermiş və mərkəzin əsas fəaliyyət istiqamətlərindən birinin də gənc hüquqşünaslara təlimin təşkil olunmasından ibarət olduğunu vurğulamışdır. Həmçinin təlimin proqramına daxil olunan mövzuların zəruriliyini də qeyd etmişdir. Eyni zamanda dövlət qulluğunda çalışan şəxslərin də Hüquqi Yardım və Tədris Mərkəzi tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək arzusunda olduğunu bildirmişdir.

Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova, "vəkil köməkçiləri üçün təlimin” koordinatoru Günay Sultanova və təlimçi Natəvan Rüstəmova hər biri ayrı-ayrılıqda çıxış edərək bütün təlim iştirakçılarına uğurlar arzu etdilər.

Eyni zamanda, tədbirdə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin əməkdaşı Bəylər Məmişov, təlimçilər vəkil Ayxan Rüstəmzadə və Xəyyam Bayramov da iştirak etmişlər.

Təlimlərdə təlimçi qismində vəkillər Gülşən Salmanova, Natəva Rüstəmova, Sevinc Əliyeva, Xəyal Bəşirov, Ayxan Rüstəmzadə, Altay Mustafayev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə"  informasiya sistemi üzrə İşçi Qrupunun üzvü Xəyyam Bayramov iştirak edəcəklər.