Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Məişət zorakılığı ilə mübarizə üzrə İstanbul Konvensiyası və Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı vəkillik üçün nələr vəd edir?

07 dekabr 2020    764 share share

Məlum olduğu kimi 27.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Eyni zamanda gələcəkdə ölkəmiz tərəfindən “Qadınlar və məişət zorakılığının qarşısının alınması və mübarizə üzrə” Avropa Konvensiyasın qoşulmaq məsələsi də son illər gündəmdədir. Konvensiyanın özünəməxsusluğu onun 4 prinsipi ilə müəyyən olunur. Prinsiplər bunlardır: 1) qadınlara qarşı zorakılığın qarşısının alınması; 2) qurbanların müdafiəsi; 3) zorakılıq törətmiş şəxslərə qarşı cinayət təqibi; 4) zorakılıq qurbanlarına dəstək üçün əlaqələndirilmiş siyasətlər.

Qeyd olunmalıdır ki, bu prinsiplər eynilə Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planında da öz əksini tapmışdır.

Milli fəaliyyət planında 2020-2023-cü illərdə vəkillər üçün məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış və bu şəxslərin müdafiəsin üzrə təlimlərin keçirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Qeyd olunmalıdır ki, artıq 2-ci ildir ki, məişət zorakılığı üzrə mübarizə mövzusu vəkilliyə namizədlərin icbari tədris proqramına daxil edilmiş və bu sahədə Ədliyyə Akademiyası və beynəlxalq tərəfdaşlarla birgə ixtisaslaşmış vəkil və hüquqşünaslar tərəfindən vəkilliyə namizədlərə üçün təlimlər keçirilməkdədir.

Növbəti illərdə Vəkillər Kollegiyası tərəfindən vəkillər üçün İstanbul Konveniyasının baza prinsipləri əsas götürülməklə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu zaman Avropa Şurasının HELP platformasından istifadə olunması prioritet istiqamətlərdəndir.