Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat hazırlanmışdır

17 dekabr 2020    2357 share share

“Uşaq hüquqlarına haqqında” Konvensiya 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Konvensiyaya 21 iyul 1992-ci il tarixində qoşulmuşdur.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.        

Qanunun müddəasından da göründüyü kimi uşaq hüquqlarının müdafiəsində bütün dövlət və qeyri dövlət qurumlarının, həmçinin vəkillərin də  üzərinə böyük vəzifə qoyulmuşdur.

Vəkillər tərəfindən bu vəzifələrin daha yaxşı icra olunması üçün UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən “Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat hazırlanmışdır. Beləki, təlimat uşaq hüquqları üzrə ekspert, vəkil Rafiq Alışov və UNICEF-in ekspertləri tərəfindən uşaqların hüquqlarının vəkillər tərəfindən müdafiəsi üçün tərtib olunmuşdur. Təlimatda uşaq hüquqları, onların vəkillər tərəfindən müdafiəsi ilə əlaqəli bir sıra məsələlərin öz əksini tapmışdır.

Təlimat Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 09.12.2020-ci il tarixli iclasının qərarı ilə metodik vəsait kimi vəkillərin istifadəsinə tövsiyə olunur.

Təlimatla burdan tanış ola bilərsiz.