Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən bir qrup vəkil “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Belə ki, sərəncamda göstərilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
“Vəkil günü” peşə bayramı münasibətilə və Azərbaycanda hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Axundov Aydın Ağa oğlu
Ələkbərov Pərviz Saday oğlu
Həsənov Şəfayət Qardaşalı oğlu
Həsənova İlhamə Zakir qızı
İbrahimov Ramiz Hilal oğlu
Qəhrəmanova Qəmizə Salman qızı
Məmmədov Şahmar Elbrus oğlu
Rəcəbova Eleonora Viktorovna.
Sərəncamla burdan tanış ola bilərsiz.