Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Hong Kong Hüquq Cəmiyyəti və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Prezidentlərin Dəyirmi Masasında iştirak

14 yanvar 2021    1764 share share

12 yanvar 2021-ci il tarixində Hong Kong Hüquq Cəmiyyəti və Hong Kong Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası zamanı vəkillik üçün çətinliklər və imkanlar” mövzusunda Prezidentlərin Dəyirmi Masası baş tutmuşdur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov da Prezidentlərin Dəyirmi Masasında iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Hong Kong Hüquq Cəmiyyətinin prezidenti xanım Melissa Pang tədbir iştirakçılarını salamlamış, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.  Daha sonra məruzəçilər mövzu ətrafında öz çıxışlarını etmişdir. Tədbirdə məruzəçi qismində Cənab Zhengfu ZHU - Bütün Çin Hüquqşünaslar Birliyinin vitse-prezidenti,  Dr. Jacoba Brasch QC-Avstraliya Hüquq Şurasının prezidenti, cənab Jorge Martı Moreno-Union Internationale des Avocats, Xanım Patricia Lee Refo- Amerika Vəkillər Kollegiyasının prezidenti, İngiltərə və Uels Vəkillər Kollegiyasının Prezidenti cənab David Green, LAWASIA prezidenti cənab Chunghwan Choi, Avropa Hüquqşünaslar Birliyinin prezidenti xanım Maria MariaLŚZAK.

Məruzələrdən sonra ümumi müzakirələr keçirilmiş və daha sonra tədbirə yekun vurulmuşdur.