15 Mart tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovla İran Vəkillər Kollegiyasının yeni seçilmiş Prezidenti Dr. Cəfər Koşa arasında onlayn görüş keçirilmişdir.
Görüşdə Anar Bağırov Cəfər Koşayı prezident seçilməsi münasibətilə Vəkillər Kollegiyası adından ürəkdən təbrik etmiş və iranlı həmkarlarına peşə fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüş zamanı iki ölkənin Vəkillər Kollegiyaları arasındakı əməkdaşlıq və onun gələcək perspektivləri geniş müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.