Martın 19-da Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev ilə Vəkillər Kollegiyasının sədri Anar Bağırov arasında birgə əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
İmzalanmış Sazişdə əsas məqsəd Milli Aviasiya Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, magistrların, doktorantların Vəkillər Kollegiyasının struktur bölmələrində və Vəkil bürolarında təcrübə keçmələri, MAA-nın Hüquq kafedrasının metodik materiallarına, elmi əsərlərə, Vəkillər Kollegiyası tərəfindən hazırlanmış vəsaitlərə MAA-nın Hüquq kafedrası əməkdaşları tarəfindən rəylərin, tövsiyələrin verilməsi, hüquq tədbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədi ilə birgə elmi-praktiki araşdırmaların aparılması, Vəkillər Kollegiyasının üzvlərinin MAA-da hüquqşünasların hazırlığı prosesində iştirak edilməsi və sair məsələlər nəzərdə tutulmuşdur.
Qeyd edək ki, saziş tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləyir. Sazişdə həmçinin MAA hüquq tələbələrinin Vəkillər Kollegiyası və Vəkil Bürolarında könüllü fəaliyyətinə cəlb olunması nəzərdə tutulub.