Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

APREL AYININ SONUNDAN VƏKİLLƏR ÜÇÜN VAKSİNASİYA PROSESİNƏ BAŞLANILIB

06 may 2021    555 share share

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, aprel ayının sonundan etibarən Vəkillər Kollegiyasının Aparat əməkdaşları və Bakı şəhərində fəaliyyət göstərən vəkilləri üçün vaksinasiya prosesinə başlanılıb.

Vəkillər Kollegiyasının təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə vəkillərin vaksinasiyası üçün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında müvafiq yer və tibbi personal ayrılmışdır. Yuxarıda qeyd olunan şəxslər həmin xəstəxanaya müraciət edərək (bazar günü istisna olmaqla, həftənin bütün günləri saat 09:00-16:00) vaksin vurdura bilərlər.

Göstərilən dəstəyə və təşkilatçılığa görə TƏBİB-ə təşəkkürümüzü bildiririk.