Vəkillər Kollegiyasının bir qrup vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olmuşlar.
Vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qaninvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmişdir.