Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil köməkçiləri üçün ilk dəfə keçirilmiş təlimin sertifikatları təqdim olunmuşdur

25 may 2021    2604 share share

Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təşkilatçılığı ilə vəkil köməkçiləri üçün ilk dəfə 30.11.2020-04.12.2020 tarixində keçirilmiş təlimin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.
 
Tədbirdə Mərkəzin direktoru Şahmar Məmmədov çıxış edərək təlimdə iştirak edən şəxslərin dairəsi, təlimin mövzusu və təlimçilər barədə məlumat vermişdir.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolundan, əhəmiyyətindən danışmış, ilk dəfə olaraq keçirilmiş bu təlimin vəkil köməkçilərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını vurğulamışdır.
 
Tədbirin sonunda Anar Bağırov tərəfindən sertifikatlar təqdim edilmiş, vəkil köməkçilərinin fikir və təklifləri dinlənilmişdir.
 
Qeyd etmək lazımdır ki, vəkil köməkçiləri üçün təşkil edilən təlimlərdə təlimçi qismində vəkillər Gülşən Salmanova, Natəvan Rüstəmova, Sevinc Əliyeva, Xəyal Bəşirov, Ayxan Rüstəmzadə, Altay Mustafayev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun üzvü Xəyyam Bayramov iştirak etmişlər.
 
Tədbirdə Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova, təlimin koordinatoru Günay Sultanova iştirak etmişdir.