Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil köməkçiləri ilə bağlı qaydalar qəbul edilmişdir

26 may 2021    2302 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilərək 1 nəfər yeni üzv vəkilliyə qəbul olunmuş, həmçinin dövlət qulluğunda olduğundan fəaliyyəti dayandırılmış 2 nəfərin vəkillik fəaliyyəti bərpa edilmişdir.
 
İclasda həmçinin Vəkillər köməkçiləri ilə bağlı qaydalar müzakirə olunmuş və qaydalar qəbul olunmuşdur.
 
Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
 
Eyni zamanda, iclasda 33 saylı Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılmış və müsbət qərar verilmişdir.
 
O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
 
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.