Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində Vətən müharibəsində zərərçəkənlərə vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilir

31 may 2021    1166 share share

“ASAN Könüllüləri” Gənclər Təşkilatı və UNICEF tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqaladə hallarda uşaq müdafiəsi” layihəsinin icrasına başlanılmış, o cümlədən aparılmış sorğuya əsasən, həmin zərərçəkənlərin hüquqi yardıma da ehtiyacları olduğu aşkarlanmışdır.
 
Bu səbəbdən, Vəkillər Kollegiyasına müraciət olunmuş və həmin şəxslərə pulsuz hüquqi yardım göstərilməsi Kollegiya tərəfindən qərara alınmışdır.
 
23 may 2021-ci il tarixində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən ilkin olaraq, Tərtər rayonunun Hüsənli kəndində 20-ə yaxın vətəndaşla görüşülmüş və onlara pulsuz hüquqi yardım göstərilmişdir. Vətəndaşlara məşğulluq, ünvanlı sosial yardımla bağlı məsələlər üzrə pulsuz hüquqi yardım göstərilmiş, şifahi və yazılı məsləhətlər verilmişdir. Həmçinin, torpaq məsələsi ilə bağlı məhkəmədə mübahisəsi davam edən bir neçə vətəndaşa apelyasiya şikayəti yazılmaqda köməklik göstərilmişdir. O cümlədən, bir çox vətəndaşlara isə, onlayn hüquqi məsləhətlər verilmişdir.
 
Qeyd etmək istərdik ki, layihə çərçivəsində göstərilən hüquqi yardımlar digər bölgələrdə də davam etməkdədir.