Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə vəkillər cəzaçəkmə müəssisələrində cəza çəkən qadınlarla yaşayan uşaqlarla görüşüb

01 iyun 2021    1273 share share

BMT Baş Assambleyasının müvafiq qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Vəkillər Kollegiyası tərəfindən cəzaçəkmə müəssisələrində cəza çəkən qadınlarla birgə yaşayan 3 yaşadək azyaşlı uşaqlar və 3 yaşdan sonra analarından alınaraq müvafiq uşaq evlərinə təhvil verilən uşaqlarla görüş keçirilmiş, o cümlədən onların anaları ilə görüşləri təşkil edilmişdir.
 
Sözügedən tədbirdə Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının, "Ümidli Gələcək Sosial Təşəbbüslər" ictimai birliyinin, "PAŞA Holding"in, xeyriyyə təşkilatlarının və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
 
Eyni zamanda, Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbirləri təşkil olunub, o cümlədən tədbir iştirakçıları əlamətdar bayram münasibətilə uşaqları təbrik edib və onlara hədiyyələr təqdim ediblər. Musiqili-əyləncəli konsert proqramı ilə davam edən tədbirlər uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar görüşdən məmnun qalmışlar və çox böyük sevinc hissi keçirmişlər.