Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

230 beynəlxalq təşkilata müraciət edərək Kəlbəcərdə bir qrup şəxsin minaya düşməsinə etinasız qalmamağa çağırırıq

04 iyun 2021    2688 share share

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq başlamış Vətən Müharibəsi 10.11.2020-ci il tarixində 3 tərəfli bəyanatın imzalanmasıAzərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatmışdır.
 
Həmin Bəyanat imzalanandan sonra, dəfələrlə etdilən müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Ermənistan tərəfi qeyri-insani davranmaqla və beynəlxalq normaları kobud şəkildə pozmaqla işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritələrini qəsdən verməkdən yayınır. O cümlədən, bölgədəki sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına mane olmağa davam edərək regional vəziyyəti gərginləşdirir. İyun ayının 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 2 jurnalist olmaqla 3 Azərbaycan vətəndaşı həlak olmuş, 4 nəfər isə ağır yaralanmışdır.
 
Bununla bağlı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olaraq, beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata 3 dildə rəsmi müraciət ünvanlanmışdır.
 
Bu müraciətlə həmin təşkilatları baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan siyasi-hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etmələri üçün tədbirlər görmələrinə çağırırıq!
 
Qeyd olunan müraciət 3 dildə ictimaiyyətin diqqətinə təqdim edilir:
The appeal in Azerbaijani 
The appeal in English
The appeal in Russian