Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Deputatın təşəbbüsü ilə Sabirabadda pulsuz hüquqi yardım aksiyası

07 iyun 2021    279 share share

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə Sabirabaddan olan şəhid ailələri və qazilər üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
 
Görüşdə 58 qazinin 62 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi qazilərimizin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur.
 
Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş “Pro Bono” vəkil bürosunun vəkilləri Fuad Şirinov, Araz Həsənov, Faiq Dünyamalıyev, Pərviz Musayev və Mehman İsmayılov tərəfindən şəhid ailələri və qazilərimizin ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.