Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

HELP Tədris Proqramı üzrə birgə təlim kursunun yekun GÖRÜŞÜ - Sertifikatların təqdimetmə mərasimi

12 iyul 2021    510 share share

Bu gün “HELP” (Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) üzrə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya və Avropa Məhkəməsinə giriş” mövzusunda Avropa Şurasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Vəkillər Kollegiyasının birgə təlimi üzrə kursun yekun görüşü və kursu müvəffəqiyyətlə başa vurmuş təlim iştirakçılarına sertifikatların təqdimetmə mərasimi keçirilmişdir.
 
Tədbirə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zoltan Hernyeş, Avropa Şurasının Layihələr üzrə meneceri Mahir Müşteidzadə,  təlimçilər - Ali Məhkəmənin hakimi İlkin Rəcəbov, Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov və təlim iştirakçıları qatılmışdır.
 
Açılış nitqi ilə çıxış edən A.Bağırov tədbir iştirakçılarını salamlamış,  Vəkillər Kollegiyasının Avropa Şurası Ali Məhkəmə ilə əməkdaşlığın əhəmiyyətindən, vəkillərin gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsindən, bu cür keyfiyyətli tədrisdən faydalanmaqdan, Avropa İnsan Hüquqları Məhkəməsinin daim inkişafda olan standartları və presedent hüququnun öyrənilməsindən və yerli məhkəmələrdə tədbiq edilməsindən, vəkillərə yüksək keyfiyyətli və onların ehtiyacları ilə uzlaşdırılmış tədris alətlərinin təqdim edilməsindən, təlimlərin nəticəsi olaraq məhkəmələrdə insan hüquqlarının daha yaxşı müdafiə olunmasından və s. bəhs etmişdir.
 
O cümlədən, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin (Mərkəz) direktoru Şahmar Məmmədov təqdimatla çıxış edərək Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermiş, vəkillik fəaliyyətində təlimlərin rolu və əhəmiyyəti, dövlət hesabına göstərilən hüquqi yardım, Mərkəz tərəfindən həyata keçirilən ödənişsiz hüquqi yardım barədə danışmışdır.
 
Bundan başqa, Ali Məhkəmənin sədr müavini Ç.Əsgərov məhkəmə-hüquq sistemində islahatlar, beynəlxalq təcrübənin öyrənilməsi, elektron məhkəmənin tətbiq edilməsi, mülki prosesin yeni formasının tətbiq edilməsi, yerli məhkəmə təbrübəsinin ümumiləşdirilməsinin vacibliyi və s. haqqında çıxış etmişdir.
 
Daha sonra, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Z.Hernyeş  “HELP” (Praktik Hüquqşünaslara İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) proqramı haqqında ətarflı məlumat vermiş, hüquqşunasların təlimin əhəmiyyəti və Təlimçilərin təlimi barədə çıxış etmişdir.
 
Tədbirin sonunda Anar Bağırov, Çingiz Əsgərov, Zoltan Hernyeş tərəfindən kursu müvəffəqiyyətlə başa vurmuş təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.