Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik tövsiyə hazırlanmışdır

13 iyul 2021    508 share share

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Daha sonra Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş namizədlərin onlayn andiçmə mərasimi keçirilmiş və 6 nəfər yeni üzv qəbul olunmuşdur.
 
İclasda həmçinin cinayət işləri üzrə hüquqi yardım göstərilməsi məqsədilə hazırlanmış “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik tövsiyə müzakirə olunmuş və vəkillərin istifadəsinə tövsiyə edilmişdir.
 
Eyni zamanda iclasda Rəyasət Heyəti üzvlərinin “YAŞAT” Fonduna vəsait köçürməsi barədə qərar qəbul edilmişdir.
 
Bundan başqa vəkillərin başqa vəkil qurumuna keçmək, dövlət qulluqlarına xitam verilməsi ilə əlaqədar bəzi vəkillərin fəaliyyətlərinin bərpa edilməsi, üzvlük haqqından azad olunma, yeni vəkil bürolarının təsis olunması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.
 
Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.  Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.