Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi və "Femida" vəkil bürosunun vəkilləri tərəfindən 12.08.2021-ci il tarixində Sabirabad rayonunda ikinci dəfə vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilmişdir.
Görüşdə 45 vətəndaşın 52 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunmuşdur. Vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.
Bundan əlavə, pulsuz hüquqi yardımı həyata keçirmiş "Femida" vəkil bürosunun vəkilləri Xəyyam Yaqubov, Rauf Əzimov və Tural Qasımov tərəfindən vətəndaşların ərizə və şikayətləri nəzarətə götürülmüş və icraata qəbul edilmişdir.