Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər növbəti dəfə cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərmişlər

20 avqust 2021    1815 share share

20.08.2021-ci il tarixində Vəkillər Kollegiyasının bir qrup vəkili Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə Penitensiar Xidmətin 4 saylı qadın  cəzaçəkmə müəssisəsində olmuşlar.
 
Vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərilmişdir. Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılmış, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilmişdir.