Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilmişdir

02 sentyabr 2021    1592 share share

01.09.2021-ci il tarixində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.
 
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilmişdir.
 
İclasda həmçinin cinayət işləri üzrə hüququ yardım göstərilməsi məqsədilə hazırlanmış “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik vəsaitin çap edilməsinə dəstək verilməsi məsələsinə baxılmış və müsbət qərar verilmişdir.
 
Daha sonra yeni vəkil bürosunun təsis olunması barədə müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
 
O cümlədən, iclasda xəstəlikləri bağlı bəzi vəkillərə maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur.
 
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.