Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Vüqar Babayev 12-15 sentyabr 2021-ci il tarixlərdə Belarusiya Respublikasının paytaxtı Minsk şəhərində keçirilən "Qlobal iqtisadi çağırışların insanların əmək və sosial hüquqlarına təsiri" mövzusunda keçirilən konfransa qatılmış, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını təmsil edərək çıxış etmiş, yerli televiziya kanallarına konfransın gündəliyində olan məsələlərlə bağlı müsahibə vermişdir.
Konfrans Belarusiya Həmkarlar İttifaqaları Təşkilatı və Belarusiya Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilmiş və burada iştirak Belarusiya Vəkillər Kollegiyasının sədri ilə Belarusiya Parlamentinin üzvü Viktor İvanoviç Çayçitsin dəvəti və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə baş tutmuşdur.
Tədbirdə müxtəlif ölkələrin 300-dən artıq yüksək vəzifəli şəxsləri, o cümlədən beynəlxalq hüquq sahəsində ekspertlər, Belarusiya Respublikasının Əmək və Əhalinin Sosial Təminatı naziri, Səhiyyə naziri və Xarici İşlər naziri və s. iştirak etmişlər.
Tədbir təşkilatçıları konfransa faəl dəstəyinə görə Azərbaycan dövlətinə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırova və iştiraka görə Rəyasət Heyətinin üzvü Vüqar Babayevə öz minnətdarlıqlarını bildirmişlər.