Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

ELAN: “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsi

30 sentyabr 2021    1936 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu 44 günlük şanlı Vətən Müharibəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsinin keçirilməsini nəzərdə tutub.
 
Müsabiqənin məqsədi hüquq toplumuna aid şeir və hekayə çərçivəsində şəxsi əsərlərin qiymətləndirilməsi və yayımlanmağa dəyər qazanmış əsərlərin yayımlanmasından ibarətdir.
 
Mövzu
Müsabiqənin mövzusu 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbədir və əsərlər istənilən həcmdə ola bilər.
 
İştirak
Müsabiqədə vəkillərin, vəkillərin ailə üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin, hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə vəkillərinin iştirakı nəzərdə tutulur.
Xarici ölkə vəkilləri əsərlə birlikdə vəkil olmalarını təsdiq edən sənədin surətini pdf formatda göndərməlidirlər. Hər bir iştirakçı müsabiqəyə iki əsər göndərə bilər.
Əvvəllər yayımlanmış və ya hər hansı bir yarışmada mükafat qazanmış əsərlərin qəbulunda hər hansı bir məhdudiyyət yoxdur.
 
Əsərlərin təqdimi
Müsabiqəyə sadəcə elektron poçtla safarovpasha@gmail.com ünvanına göndərilən əsərlər qəbul ediləcəkdir.
İştirakçı əsərləri şəxsi ad və soyadı ilə, həmçinin bədii təxəllüsü ilə göndərə bilər. Zərurət yaranarsa iştirakçıdan ixtisasını (vəzifəsini) və təhsilini təsdiq edən sənəd tələb oluna bilər.
Əsərlər A4 səhifəsində Word formatında, 12 ölçüdə və Times New Roman şrifti ilə yazılmalıdır.
İştirakçı ad və soyadını hər əsərin başlığında qeyd etməlidir.
 
Tarix
Müsabiqəyə əsər göndərmə müddəti 12 dekabr 2021-cu il, saat 23:00-da bitir.
 
Mükafat
Birinci yer – 300 manat
İkinci yer – 200 manat
Üçüncü yer – 100 manat
 
Digər
İştirakçı müsabiqəyə təqdim etdiyi əsərin tamamilə ona aid olduğunu bəyan etməlidir. Əks halda mükafat alan iştirakçılar əldə etdikləri mükafatı geri qaytarmalıdırlar.
 
Seçici qrup
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə açıqlanmır.
 
Əlaqə:
Telefon: (+994)55 680 70 67 (Paşa Səfərov)
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007