Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvünün kitabı dərc edilmişdir

04 oktyabr 2021    1757 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Çingiz Məmmədovun vəkil məsləhətləri toplusu işıq üzü görmüşdür.
 
İki bölmə, 14 fəsildən ibarət olan topluda cinayət mühakimə icraatında istifadə olunan bəzi qanunları, onları sadə dillə izahı yer almışdır. Eyni zamanda kitabda cinayət prosesində tutulma, təqsirləndirilən şəxs, ittiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi, məhkəmə istintaqı, məhkəmələrin hökm və qərarlarına apelyasiya qaydasında yenidən baxılması və s. bu kimi bəzi aktual mövzular barədə məlumatlar oxucuların diqqətinə çatdırılmışdır.
 
Kitabla keçiddəki linkdən tanış ola bilərsiz.