Bu gün məhkəmə-hüquq sistemindəki islahatların dəstəklənməsi məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi çərçivəsində “Vəkil təlimçilər üçün təlim” adlı növbəti təlim keçirilmişdir.
Təlimdə təlimçi qismində “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsi üzrə əsas ekspert Mark Seqal iştirak etmişdir.
Məlumat üçün bildirik ki, layihə çərçivəsində “Qeyri-verbal kommunikasiya üzrə təlim” adlı növbəti təlim cari ilin 22 oktyabr tarixində (saat 10:30-17:15) keçiriləcəkdir. Təlimdə iştirak etmək istəyən vəkillərin vəkil vəsiqənin nömrələrini, e-poçt ünvanlarını və telefon nömrələrini 20 oktyabr tarixinədək legalaid.training@barassociation.az e-poçtuna göndərmələri xahiş olunur.
Qeyd 1: Tərcümə təmin ediləcək və təlimlər onlayn yox, ənənəvi qaydada keçiriləcək – yerlər məhdud saydadır.
Qeyd 2: Tədbir günü vaksin, immunitet və ya əks göstəriş setifikatı mütləq təqdim olunmalıdır.