Bu gün Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Oktyabrın 1-dən qüvvəyə minmiş Mülki Prosessual qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda onlayn qaydada ixtisasartırma təlimi təşkil edilmişdir.
Tədbirdə HYTM-in direktoru Şahmar Məmmədov açılış nitqi ilə çıxış edərək Vəkillər Kollegiyasının sədri, cənab Anar Bağırovun adından təlimdə təlimçi qismində iştirak edən Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, cənab Sənan Hacıyevi və təlim iştirakçılarını salamlamış, təlim üzrə mövzunun aktuallığından, əhəmiyyətindən danışmış və təlimin işinə uğurlar arzulamışdı. Şahmar Məmmədov həmçinin vurğulamışdır ki, Mülki Prosessual Məcəlləyə edilən son dəyişikliklər vəkillərin üzərinə böyük məsuliyyət qoymaqla bərabər, onlara göstərilən böyük etimaddır.
Daha sonra cənab Sənan Hacıyev tərəfindən tədbir iştirakçıları salamlamış və təlim keçirilmişdir.
Sonda vəkillərin sualları Sənan Hacıyev tərəfindən cavablamdırılmışdır.